Maraqlı

Dükandan alınmış balıq evə gətiriləndə hələ diridirsə...

14 Fevral 2019 23:10
0 Şərh     Baxış: 3 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dükandan alınmış balıq evə gətiriləndə hələ diridirsə, onu necə kəsmək lazımdır ki, halal olsun?

Balıq sudan diri halda çıxarılıbsa, istər dükana çatmadan ölsün, istərsə də dükanda ölsün, hər iki halda, onun əti halaldır. Dükandan alınmış balığın evə diri ya ölü halda gətirilməsinin fərqi yoxdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, alıcı balığı ölü zənn edərək gətirsə də, diri şəkildə alsa da, onu evdə öldürə bilər. Balığı istənilən üsulla öldürmək mümkündür. Onu zərbə vurmaqla öldürmək, başını bıçaq və ya balta ilə kəsmək, sudan kənara çıxarıb ölənə kimi saxlamaq icazəlidir. Balığı diri-diri bişirmək məsləhət görülmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.