Maraqlı

Uşağı ana bətnindən çıxarıb, yenidən geri qoydular - Onu ölümdən xilas ediblər

12 Fevral 2019 21:05
3 Şərh     Baxış: 1 497

Böyük Britaniyada həkimlər körpəni ana bətnindən çıxararaq onu əməliyyat ediblər. Daha sonra isə körpə yenidən ananın qarnına yerləşdirilib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə The Mirror məlumat yayıb. Söhbət İngiltərənin Bernem şəhərindən olan Betan Simpsondan gedir. Hamilə qadın mütəmadi olaraq həkimə müayinə olunub, onun aprel ayında ana olacağı gözlənilir. Hamiləliyinin 5-ci ayında olan qadının USM müayinəsi zamanı məlum olub ki, körpənin biz sıra problemləri var. Qadını başqa bir xəstəxanaya göndərərək daha dəqiq müayinlər aparılıb. Müayinə nəticəsində körpənin onurğa sütununda qüsur olduğu məlum olub.

Həkimlər körpənin və ananın orqanizmini analiz edərək onu ana bətnindən çıxararaq əməliyyat etməyə qərar veriblər.

Əməliyyat uğurla nəticələnib.

"Bu cür qüsurla doğulan uşaqlar təəssüflər olsun ki, yaşamırlar. Buna görə də biz  körpəni doğulmamışdan əməliyyat etməyə qərar verdik", - deyə həkimlər bildiriblər. 

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Dəhşət · 12 Fevral 21:1690

    Bizim həkimlərdə puldan ötrü düzgün müalicədə eləmirlər, bisavadlar yığılıblar sağlam ananıda uşağıda öldürürlər. Camaatın uşağını yetim qoyurlar!!!!!

    Cavab yaz
  • Anonim
    ehsen · 12 Fevral 22:4210

    maraqlıdı dol etrafı mayenı yırtıblarkı usaq cuxsın bes sonra o mayenı nece duzeldıbler cox maraqlıdı

    Cavab yaz
  • Anonim
    $$$. · 12 Fevral 22:5210

    Demək ki,həkimlər möcüzələr yaradır. Əllərinizə saqlıq .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.