Maraqlı

Meyvə-tərəvəzi soyuducuda necə saxlamalı?

12 Fevral 2019 23:05
0 Şərh     Baxış: 788

Adətən həftəlik edilən bazarlıqlar zamanı alınan ərzaq məhsulları soyuducuda saxlanılır. İsrafın qarşısını almaq, qida məhsullarını təzə saxlamaq üçün soyuducu əsas mətbəx avadanlıqlarındandır. Lakin ərzaqların da soyuducuda saxlanılma qaydası var.

Milli.Az medicina.az-a istinadən bildirir ki, soyuducuya ərzaq yerləşdirərkən edilən ən böyük səhvlərdən biri meyvə və tərəvəzlərin marketdən alınan sellofan torbalarda saxlanılmasıdır.

Mütəxəssislər deyir ki, meyvə-tərəvəz soyuducunun ən aşağı rəfinə qoyulmalıdır. Lakin onları soyuducuda market torbalarında saxlamayın. Ərzaqlar mütləq torbalardan çıxarılmalıdır. Əgər yaşdırlarsa, o zaman qurutduqdan sonra soyuducuya qoymağınız məsləhətdir.

Ümumiyyətlə meyvə-tərəvəzi yuyub, qurutduqdan sonra soyuducuda saxlasanız, istifadəsi də rahat olacaq.

Mütləq hansısa qaba qoymaq istəyirsinizsə, o zaman saxlama üçün xüsusi olaraq istehsal edilmiş qablara qoyun.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.