Maraqlı

Kardioloqlar narda təzyiqi salan maddə tapdılar – Ulu babalarımız çoxdan bilirdilər

12 Fevral 2019 22:35
2 Şərh     Baxış: 1 139

Həkimlər bildirir ki, yüksək təzyiqlə mübarizə aparmaq üçün tərkibində kaliy olan qidalar seçilməlidir. Bu qidalardan biri də  banandır. Bir bananda 422 mq kaliy vardır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ekspertlər yeni elmi təcrübəyə əsasən bananın yerini nara verməyi düşünürlər. Çox az adam bilir ki, bir orta narda daha çox 660 mq kaliy vardır.

Elmi araşdırmada iştirak etmiş 54 könüllüyə gündə 150 ml nar şirəsi veriblər. 2 həftə ərzində onların təzyiqi ölçülüb. Nəticədə nar suyu nəticəsində təzyiq göstəricilərinin kifayət qədər aşağı düşməsi qeydə alınıb. Eləcə də nar şirəsinin ürəyə qan axını və ürək ritminə müsbət təsir etməsi də sübut olunub.

Bu günə qədər nar şirəsinin prostat, yüksək xolesterin və II tip diabetdə də faydalı olduğu sübut olunmuşdu.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Fevral 22:4021

    Elbette Ulu babalarimiz bilir babam mene ehvalat danisib hekim oz sagirdine coxlu qoyun eti yedirtir butun eraziden nar satanlarin yiqisdirtdirir ki nar yeyib tezyiqin asaqi sala bilmeyib ölsün.Men coxdan bilirdim nar hem ariqlamaqa xeyirdi hem de tezyiqi salir

    Cavab yaz
  • Anonim
    Narcis · 12 Fevral 23:2401

    Menden cox nar yeyen olmayib amma yalan sohbetdi hec qramda salmayib tezyiqi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.