Maraqlı

Marsa pilotlu missiya göndərmək istəyən şirkət müflis olub

13 Fevral 2019 07:07
0 Şərh     Baxış: 540

Marsa pilotlu missiya göndərməyi və orada koloniya yaratmağı planlaşdıran "Mars One Ventures" özəl şirkəti müflis elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin Bazel arbitraj məhkəməsinin qərarına əsasən, "Mars One Ventures" 2019-cu il yanvarın 15-dən etibarən maliyyə öhdəliklərini yerinə yetirə bilməyən şirkət kimi müflis elan olunub. Marsa ekipaj göndərilməsi üzrə layihənin rəhbəri Bas Lansdorpun sözlərinə görə, "Mars One" Fondu rəsmi olaraq fəaliyyətini davam etdirsə də, sərmayələrin kəsilməsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini mümkünsüz edir. O əlavə edib ki, şirkətin rəhbərləri problemin həlli yollarını axtarırlar.

Niderlandda yerləşən və iki bölmədən - ibarət olan "Mars One" şirkəti televiziya yayımı fəaliyyəti ilə də məşğul olur. Şirkət rəhbərliyi Marsda koloniyalar barədə realiti-şou proqramları hesabına layihənin gerçəkləşməsi üçün maliyyə vəsaiti cəlb etmək istəyirdi. Layihə çərçivəsində koloniyada yaşayacaq yüz minlərlə könüllü seçilib və onlar haqqında sənədli film də lentə alınıb. Sözügedən layihənin digərlərindən fərqi ondadır ki, həmin könüllülərin Marsa uçaraq orada yaşaması nəzərdə tutulurdu. Bütün bu işlərin 2027-ci ildə həyata keçirilməsi planlaşdırılırdı. Lakin alimlər və mütəxəssislər bu layihənin texniki cəhətdən real olmadığını bildiriblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.