Maraqlı

ITV-də biabırçılıq: Qız çılpaq halda studiyaya gəldi - "Brexit" - FOTO

12 Fevral 2019 14:24
2 Şərh     Baxış: 5 126

Ötən həftə BBC radio 4-ün efiri zamanı soyunan qız bu dəfə də ITV kanalına çılpaq halda çıxıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ITV kanalında yayımlanan "Good morning Britain" (Sabahın xeyir, Britaniya) verilişinə qatılan Viktoriya Beytmen (Victoria Bateman) lüt halda studiyada oturaraq müzakirə aparıb.

Qonaq bu hərəkəti ilə Britaniyanın Avropa İttifaqından çıxmaq istəyini qınayıb. O, bildirib ki, "Brexit" Britaniyanı çılpaq vəziyyətdə qoyacaq.

Onun sinəsinə yazılan "Brexit" sözü də diqqət çəkib. Viktoriya, həmçinin bununla gender bərabərsizliyinə də etiraz edib.

Qeyd edək ki, "Brexit" Böyük Britaniyanın 28 üzvlü Avropa Birliyindən çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. Bu söz Yunanıstan Avrozonanı potensial tərk etmə prosesinə verilmiş "Grexit"dən götürülüb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Bakili · 12 Fevral 14:5201

    Hiiiiiiiii eyub olsin ala utanun ala

    Cavab yaz
  • Anonim
    Çayxor · 12 Fevral 15:3741

    Zalımın qızı soyunmaq adileşib,sen geride qalmısan.men dedim axı Elzanın şerlerinden de,avropalılar şoka düşsün.sogyunmaqnan teeccüblendireceksen,ama elzanın şerlerinen bayıldacaqsan.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.