Maraqlı

Adnan Oktarın keçmiş "kediciyi" ərə getdi - FOTO

13 Fevral 2019 01:30
2 Şərh     Baxış: 3 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adnan Oktar məsələsinin istintaqı çərçivəsində əməliyyatdan əvvəl prokurorluğa önəmli məlumatlar verən Ceylan Özgül və Ümit Kuruca ailə qurub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, cütlük İstanbulun Üsküdar nikah dariəsində evləniblər.

Ceylan və Ümit nikahda iştirak edənlərə üzərində "Bu xoş günümüzdə bizimlə birlikdə olduğunuz üçün çox təşəkkür edirik. Bu tingi əkməyiniz və sevgi ilə yetişdirməyiniz diləyi ilə" yazısı olan zeytun ağacının tingini hədiyyə ediblər.

Ceylan Özgül 1980-ci ilin 27 avqust tarixində dünyaya gəlib. "Uğur" kollecini bitirən Ceylan imkanlı ailənin övladıdır. İstanbul universitetindən məzun olub. Atası elektrik mühəndisidir və Ceylan əslən Balıkesirdəndir.

2007-ci ildə atası Feridun Özgül qızını Adnanın qruplaşmasından xilas edib və Balıkesirə aparıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.