Maraqlı

Riçard Gir 69 yaşında ata oldu - FOTO

12 Fevral 2019 13:44
1 Şərh     Baxış: 2 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktyor Riçard Girin 69 yaşında övladı dünyaya gəlib.

Milli.Az CNN-ə istinadla xəbər verir ki, 35 yaşlı Alejandra Silva ilə ailəli olan aktyorun ondan ilk övladı doğulub.

Uşağın cinsiyyəti oğlandır. Hələlik ona nə ad verilməsi ilə bağlı məlumat yoxdur.

Girin Keri Louel ilə evliliyindən 19 yaşlı oğlu, Silvanın isə ilk ərindən oğlu var.

Qeyd edək ki, 2015-ci ildən münasibət quran ikili ötən il ailə qurublar. Əslən ispaniyadan olan Silvanın atası "Real Madrid" futbol klubunun keçmiş prezidentidir.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.