Maraqlı

Rusiya Aya insan göndərəcək - VAXT BƏLLİDİR

12 Fevral 2019 20:14
0 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Roskosmos" Elm İnstitutu 2031-ci ildə Aya insanla ilk səfərini reallaşdıracağını açıqlayıb. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, artıq bununla bağlı işlərə start verildiyi söylənilib.

Adıçəkilən akademiya burada bir sıra fəaliyyətləri reallaşdırmağı planladığını açıqlayıb. Bundan başqa, akademiya ikinci və üçüncü səfərlər haqda da məlumat verib. Bildirilib ki, 2032-ci il üçün nəzərdə tutulan ikinci səfərdə yerüstü vasitələrinin yoxlanışı, ondan bir il sonrakı səfərdə isə texniki avadanlıqların sınağı nəzərdə tutulur.

Qeyd edək ki, Aya göndəriləcək peykin ilk sınaq uçuşlarının isə 2028-2029-cu illərdə reallaşması nəzərdə tutulur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.