Maraqlı

NASA Marsın yeni videosunu yaydı

13 Fevral 2019 03:30
0 Şərh     Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA Mars planetinin yeni video görüntülərini yayımlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, görüntülər "Curiosity" aparatı vasitəsilə lentə alınıb. "Curiosity" Marsın Qeyl kraterindəki Eolida dağından bir illik tədqiqatdan sonra aşağı enib. Enişdən əvvəl aparat rayonun 360 dərəcəlik panoram görüntüsünü lentə alıb.

"Curiosity" sözügedən rayonun gil təbəqəsini gələn il tədqiq edəcək. Aparat 2012-ci ildə Marsın Qeyl rayonuna enib. Əsas hədəfi Qırmızı planetdə geoloji və geo kimyəvi tədqiqat aparmaq, atmosferi və iqlimi öyrənmək, su və ya onun izlərini, orqanik maddələri araşdırmaqdır. Bu məlumatlar isə Marsın nə vaxtsa canlı həyat üçün uyğun olub-olmadığını, planetdə canlı həyat üçün uyğun ərazinin olub-olmadığı üçün çox vacibdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
NASA Marsın yeni videosunu yaydı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.