Maraqlı

Son yetmiş ildə insanların ömrü 22 il uzanıb

11 Fevral 2019 23:27
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlərin tədqiqatına əsasən, 1950-ci ildən sonra uşaq ölümlərinin səviyyəsi 7 dəfə azalıb, insan ömrünün orta uzunluğu isə 20 ildən çox artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Lancet" jurnalı bu barədə səhiyyə sahəsində təşəbbüslərin insan həyatının uzadılmasına təsirini tədqiq edən "Global Burden of Disease" (GBD) monitorinq layihəsi çərçivəsində əldə olunan göstəricilərə istinadla məlumat yayıb.

GBD layihəsi BMT, səhhətin göstəricisini tədqiq edən Sietl institutu, Bill və Melinda Qeyts fondu tərəfindən mütəmadi aparılan ən miqyaslı monitorinq layihəsidir. Layihəyə dünyanın 195 ölkəsini, onların tibbi xidmətlərini və aparıcı elmi mərkəzlərini təmsil edən mütəxəssislər cəlb olunub. Onlar

son illərin statistikasından əlavə, səhiyyə sisteminin vəziyyətində və planetin demoqrafiyasında dəyişiklikləri əks etdirən daha uzunmüddətli trendləri də tədqiq edirlər. Bu qəbildən olan son tədqiqatlar seriyasında 1950-ci ildən 2017-ci ilə qədər insanların həyatlarının neçə dəyişməsi qiymətləndirilib.

Analizin nəticələri müasir dövrümüz üçün xarakterik olan müharibələr, iqtisadi sarsıntılar və başqa problemlərə baxmayaraq, nikbin görünür. Belə ki, kişilərin orta həyat uzunluğu 48 ildən 70,5 ilədək, qadınların orta həyat uzunluğu isə 53 ildən 76 ilə qədər uzanıb. 1950-ci ildə hər beş uşaqdan biri həyatlarının ilk beş ilində ölürdü. Hazırda isə bu göstərici 3,9 faiz səviyyəsində qərarlaşıb.

Bununla belə, yeni problemlər də ortaya çıxıb. Məsələn, silahlı münaqişələr, müharibələr və terror hadisələri nəticəsində həlak olanların sayı demək olar ki, iki dəfə artıb. Piylənmənin səbəb olduğu xəstəliklərdə də oxşar vəziyyət yaranıb. Dünyanın demək olar ki, bütün ölkələrində artıq çəkili insanların sayı artır və bu da il ərzində bir milyondan çox insanın diabet xəstəliyi səbəbindən həyatını itirməsi ilə nəticələnir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.