Maraqlı

Kriptoqraf Bryus Şnayer: Bitkoinin faydası yoxdur

11 Fevral 2019 23:56
0 Şərh     Baxış: 519

Kriptovalyutanın faydası yoxdur və ondan yalnız hökumətdən xəbərsiz pul köçürmələri məqsədilə cinayətkarlar istifadə edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Harvard Universitetinin kriptoqrafiya üzrə müəllimi Bryus Şnayer söyləyib. Onun sözlərinə görə, bitkoin özünün əsas təyinatına uyğun deyil, ondan istifadə etmək isə mürəkkəb və təhlükəlidir.

Ekspert xatırladıb ki, rəqəmsal pullar etimada söykənməyən elektron tranzaksiyaları təmin etmək məqsədilə icad olunub. "Lakin blokçeyn özü bunsuz fəaliyyət göstərə bilməz: istifadəçilər maynerlərə etimad göstərməli, tranzaksiyaları təsdiq etdirməlidir, başqa yolla bütün bu sistem çökə bilər. Əgər sizin bitkoin-birjanıza müdaxilə olarsa, bütün pullarınızı itirəcəksiniz. Sizin oradakı "pul kisənizin" oğurlanması vəsaitlərinizin tamamilə itirilməsi ilə nəticələnəcək. Qeydiyyat məlumatlarınız itdiyində də pullarınızdan məhrum ola bilərsiniz", - deyə mütəxəssis vurğulayıb.

Şnayer kriptovalyutanı lazımsız, blokçeynin dəyişməsini isə üstünlük deyil, problem gətirəcək amil kimi qiymətləndirib. "Bir səhvə yol verilməsi bütün əmanətinizin itirilməsinə səbəb ola bilər, həm də bu zaman istifadəçilər birjalara etimad göstərməlidir", - deyə Harvard mütəxəssisi sözlərinə yekun vurub.

Bryus Şnayer kriptoqraf, yazıçı və kompüter təhlükəsizliyi mütəxəssisidir. O, bu sahələrdə bir neçə kitabın müəllifi, Beynəlxalq Kriptoqrafiya Tədqiqatları Assosiasiyasının direktorlar şurasının üzvüdür. Mütəxəssis, həmçinin "Bell Labs" və ABŞ Müdafiə Nazirliyində işləyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.