Maraqlı

Dünyada 250 min uşaq hərbi münaqişələrə cəlb olunub

11 Fevral 2019 22:44
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın müxtəlif regionlarında on minlərlə yeniyetmə oğlan və qızdan uşaq əsgər kimi sui-istifadə edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı BMT-nin Uşaq Fondunun (UNICEF) Avstriya nümayəndəliyi 12 fevral - Uşaq əsgərlərdən istifadəyə qarşı beynəlxalq mübarizə günü münasibətilə yayıb. Məlumatda bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində, ümumilikdə, 250 min uşaq hərbi əməliyyatlara əsgər kimi cəlb edilib. Xüsusilə, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Somali, Suriya və Yəməndə uzunmüddətli münaqişələrdə uşaqlardan döyüçü kimi sui-istifadə edilir. Eləcə də Əfqanıstan, Mali və ya Myanmarda uşaqlar hərbi birləşmələrə yardımçı qüvvə kimi xidmət edirlər. Bununla yanaşı, uşaqlardan kamikadze kimi istifadə və onlara qarşı cinsi istismar da beynəlxalq təşkilatın tənqid hədəflərinə daxildir.

UNICEF beynəlxalq ictimaiyyəti uşaq hüquqlarının ən ağır formada pozulmasına qarşı çıxmağa və cəbhələr arasında qalan uşaqların hüquqlarının qorunması üçün həmrəylik göstərməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.