Maraqlı

"Yandeks" şirkəti serial istehsalına başlayır

11 Fevral 2019 22:32
0 Şərh     Baxış: 386

Rusiyanın "Yandeks" şirkəti serial istehsalına başlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Vedomosti" qəzetinin yazdığına görə, "Yandeks. Studiya" artıq bu il azı 8 serialın çəkilişlərinə başlamaq niyyətindədir. İlk layihələrin 2020-ci ildə nümayiş ediləcəyi gözlənilir. Şirkət, həmçinin müxtəlif janrlarda filmlər və şou proqramlar da çəkəcək.

"Yandeks" şirkətinin Rusiya kinematoqrafiyasına həsr olunmuş "Kinopoisk" resursunun tərkibində onlayn kinoteatrı fəaliyyət göstərir. Şirkətdəki mənbə "Vedomosti" nəşrinə bildirib ki, "Yandeks" öz istehsalına başlamaqla onlayn kinoteatrı inkişaf etdirməyə və pullu abunəçilərin sayını artırmağa ümid bəsləyir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.