Maraqlı

Plastik tullantılardan qurtulmağın yolu tapıldı - VİDEO

11 Fevral 2019 22:50
0 Şərh     Baxış: 1 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yer planetinin ekoloji baxımdan əsas problemlərindən biri gündən-günə çoxalan plastik tullantılardır. Ekoloqların hesablamalarına görə, okean və zibilliklərdə hazırda beş milyard tona yaxın plastik tullantı var: onların çoxu heyvan və insanların məskənlərinə təhlükə yaradan toksik maddələr yayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Hi-News" məlumat yayıb.

Alimlər uzun müddətdir ki, bu problemin həlli üzərində "baş sındırır": kimi ekoloji təmiz alternativlər axtarır, bəziləri isə tullantıların yanacağa çevrilməsi üçün texnologiyalar ərsəyə gətirir. Perdyu Universitetinin kimyaçılarından ibarət qrup bu yaxınlarda yaratdıqları yeni texnologiya ilə bağlı məlumat veriblər.

Onların ixtira etdikləri proses plastik tullantıları benzin və ya dizelə bənzər yanacağa çevirməyə imkan verir. Bu konvertasiyada plastik oyuncaqlar, yanacağın alınmasında tibbi cihazlar, ərzaq qablaşdırma vasitələrinin tərkibində olan polipropilen əsas xammal sayılır. İdeyaya görə,  propilen polimerləri yandırılır, daha sonra qaz və maye şəkli arasında olan vəziyyətində suda həll edilir.

Proses dəniz səviyyəsindən 2300 dəfə çox atmosfer təzyiqi altında 380-500 dərəcə temperaturda həyata keçirilir. Konvertasiya bir saata yaxın çəkir. Proses başa çatdıqdan sonra alimlər avtomobillər və digər texnikada istifadə oluna bilən yanacaq əldə edir.

Tədqiqatçı alim Linda Vanın sözlərinə görə, polipropilen dünyanın plastik tullantılarının dörddə bir hissəsini təşkil edir. Onların bu texnologiyası həmin tullantıların 90 faizini faydalı yanacağa çevirməyə imkan verir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Plastik tullantılardan qurtulmağın yolu tapıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.