Maraqlı

Yerdə həyat mənbəyinin sirri açıldı

11 Fevral 2019 22:26
3 Şərh     Baxış: 1 423

Beynəlxalq tədqiqat qrupu 3,5 milyard il əvvəl Yerdəki mikrob həyatının "çiçəkləndiyini" müəyyən edib. Bundan əvvəl həmin dövrdə mikrob florasının məhv olma astanasında olduğu güman edilirdi.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Phys.org"da məlumat dərc olunub.

Ehtimallara görə, ilk canlı orqanizmlər Yer üzündə 3-4 milyard il əvvəl meydana gəlib. Alimlər təkhüceyrəlilərin yaranması üçün mövcud olmuş təbii şəraiti tədqiq etməyə çalışıb. Onlar belə bir nəticəyə gəlib ki, ilk orqanizmlər Yer planetinin formalaşmasından dərhal sonra peyda olublarsa, deməli, kainatda (Yer planetindən savayı) canlı varlıqların olması ehtimalı kifayət qədər yüksəkdir.

Tədqiqat qrupu üzvi mənşəli süxurların tərkibində olan kükürdün izotop quruluşunu təhlil edib. Məlum olduğu kimi, anaerob şəraitdə mikroorqanizmlər sulfatdan istifadə edir və nəticədə, sulfid ifraz edir. Kükürd izotoplarının kəmiyyəti metabolizm növlərindən asılı olur.

Alimlər qədim dağ süxurlarında olan stabil kükürd izotopları ilə bakterial metabolizm arasındakı qarşılıqlı əlaqəni araşdırıb. Nəticədə, həyat əlamətlərinin hələ üç milyard il əvvəl mövcud olduğu ortaya çıxıb.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    PRiNS · 11 Fevral 22:3211

    Ay seni....) Menim üçün hec ne deyismedi. Bunu evvelden bilirdim ve yene versiya olaraq qaldi...

    Cavab yaz
    • Anonim
      Prinsə · 12 Fevral 00:2511

      Əvvəldən deyərkən nəyi nəzərdə tutursan? 3-4 milyard əvvəli , yoxsa alimlərin qənaitindən öncəni?

      Cavab yaz
  • Anonim
    M · 12 Fevral 02:5911

    ne başlanğıc var,ne de son,heyat illuziyadı.çevrilib geriye,tarix boyunca keçmişe doğru baxdığın zaman,bir araşdırmaçı kimi imkan ve bacarıqlarının yetdiyi yere qeder keçmişin,tarixin menbeyi de var,menşeyi de.imkan ve bacarıqlarının bitdiyi yerde keçmişin,tarixin menbeyi de bitir,menşeyi de.kvant mexanikasında defelerle müşahide altında olan her şeyin müşahideçi ile beraber illuziya,illuzior olduğu isbat olunub.eksperimentin meqsedi başqa şey olsa da aşkara çıxan bu olub,ona göre de elsperimenti başa çatdırmaq mümkün deyil.ne kvant fizikası,ne de ki heç bir elm axıra qeder işlemir.araşdırmaların,axtarışların sonu yoxdur.Heyat ve Heçne heresi medalın bir üzüdür!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.