Maraqlı

Mübarizin Portreti Erməni Səfirliyində asıldı - VİDEO

11 Fevral 2019 13:41
10 Şərh     Baxış: 4 542

Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab veriblər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tiflis şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar.

Həmçinin, Tiflisdəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.

Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib.

Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mübarizin İbrahimovun portreti erməni səfirliyində asıldı -1

Mübarizin İbrahimovun portreti erməni səfirliyində asıldı

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Papatya · 11 Fevral 13:51150

    Halal olsun!!

    Cavab yaz
  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 11 Fevral 14:05100

    GÜRCÜSTAN AZƏRBAYCANLILARIMIZ MƏRDLİK-- QEYRƏT OCAĞIDIR.

    Cavab yaz
  • Anonim
    aea · 11 Fevral 14:06100

    Afərin!!! Halal olsun!!!

    Cavab yaz
    • Anonim
      Afa · 11 Fevral 14:5870

      Ermeni heykelini asirtsinlar eses gehramanligi onda göstermis olarlar. Asirtsinlar ermeni heykelini

      Cavab yaz
  • Anonim
    Haqq · 11 Fevral 14:4650

    Erməni alçaqların hər fitnəkarlıgı cavabsız qalmamalıdır.

    Cavab yaz
  • Anonim
    Təşəbbüskar · 11 Fevral 15:3320

    Gürcüstanda cinayətkar erməniyə niyə heykəl qoyublarki?!!!!!!!

    Cavab yaz
  • Anonim
    Naz77 · 11 Fevral 15:4610

    Halaldı kim bunu edibsə. Insan qürur duyur.

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 11 Fevral 16:3340

    Şəhidimiz Mubariz İbrahimovada gircustanda Azərbaycanlıların kompakt yaşadığı bölgədə heykəl üoymaq lazımdı.Halal olsun Azerbaycanlılara.

    Cavab yaz
  • Anonim
    F.S.D. · 11 Fevral 19:4520

    Halal olsun , bu ideyanın rəhbərlərinə təşəkkür edirəm. biz geri çəkildikcə özümüzə hörmət etdirə bilmirik., buna imkan verməyək Mubarizi hər yerdə hörmətlə xatırlayaq.

    Cavab yaz
  • Anonim
    Daglı · 11 Fevral 21:3120

    Bu plakatlar və Azərbaycan bayragı, Şuşada qaldırılsaydı 40 dənə qurban kəsərdim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.