Maraqlı

BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edildi

11 Fevral 2019 07:07
0 Şərh     Baxış: 680

Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) mükafatının əsas nominasiyaları üzrə qaliblər məlum olub.

Milli.Az report-a istinadən bildirir ki, Meksika rejissoru Alfons Kuaronun lentə aldığı "Roma" dramı "Ən yaxşı film" kateqoriyasında qalib gəlib.

Kuaron həmçinin "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olub.

Rejissor Yorqos Lantimosun ekranlaşdırdığı "Favorit qadın" tarixi filmi ən yaxşı Britaniya kinosu kimi BAFTA mükafatına layiq görülüb.

Oliviya Kolman və Reyçel Vays "Favorit qadın" filminə görə müvafiq olaraq "Ən yaxşı qadın rolu" və "İkinci planda ən yaxşı qadın rolu" nominasiyalarında qalib gəliblər.

"Bohem rapsodiyası" bioqrafik ekran əsərində Freddi Merkurini canlandıran Rami Malek "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.

Bütün mərasim zamanı 24 nominasiyada qaliblər elan olunub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.