Maraqlı

​​​​​​​Ziyilin növləri və müalicəsi

16 Fevral 2019 22:10
0 Şərh     Baxış: 5 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ziyil HPV (human papilloma virusu) virusunun insan dərisində əmələ gətirdiyi törəmələrdir.

Bu, immunitetinin zəifləməsi nəticəsində baş qaldıran bir virusdur.

Ziyilin çox növü var.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, saçın dibindən tutmuş dırnaqların ucuna qədər, bədənin hər yerində çıxa bilir.

Bəzi hallarda pasiyentlər boğazlarında və üzlərində yaranan ziyillərə görə bizə qorxaraq müraciət edir, bununla bağlı onkoloji tibb müəssisəsinə müraciət edib-etməmək barədə sual verirlər. Genital bölgədən başqa digər nahiyələrdə əmələ gələn ziyillərin sayı çox deyilsə, bu, hər hansı xəstəliyin xəbərçisi sayılmır. Qadınların genital bölgəsində yaranan ziyillər isə daha çox uşaqlıq boynu xərçəngi riskini artırır.

HİV/QİÇS, hepatit və onkoloji xəstələrdə ziyillərə daha çox rast gəlinir.

Uşaqlarda və böyüklərdə ziyillər qısa müddət ərzində artırsa, problemin kökü araşdırılmalıdır.

İstər dünyada, istərsə də Azərbaycanda ziyilin müalicəsi zamanı ən çox cərrahi üsula müraciət edilib. Lakin ziyilə cərrahi müdaxiləylə toxunmaq qətiyyən olmaz. Ziyili kəsmək, lazerlə yandırmaq məsləhət deyil. Dünya praktikasında ziyilin müalicəsi zamanı bütün dermatoloqların ilk seçimi krioterapiyadır (orqanizmə ekstremal dərəcədə aşağı temperaturların azmüddətli təsiri). Krioterapiya ilə müalicə zamanı ziyillər maye azotla dondurulur. Ziyillərin keyfiyyətli maye azotla dondurulması onların sonuna çıxa bilir.

Təbii ki, bir dəfə HPV virusuna tutulan xəstə ömür boyu onun daşıyıcısı olur.

Ziyilin yoluxma ehtimalı çox rahatdır. Əsasən hovuzlarda, ortaq istifadə edilən hamamlarda və saunalarda ziyillərin yayılma ehtimalı yüksəkdir. Bu məkanlarda insanlar daha çox ayaqyalın gəzdikləri üçün ziyilə daha rahat yoluxa bilirlər.

Ayaqaltı dəri daha qalın olduğundan ziyil içəriyə doğru irəliləyir, əllərin içində və üz dərisində ziyillər sızanaq kimi ortaya çıxır.

Əksər vaxtlar xəstələr ziyillərin müalicəsi zamanı xalq təbabətindən istifadə edirlər. 

Əncir yarpaqlarının suyunu ziyilin üstündə saxlayırlar. Üz və genital bölgədə, o cümlədən uşaqlarda bu üsuldan istifadə etməyi məsləhət görmürük. Çünki bu, turşu olduğu üçün ətraf dərini yandıra və iz qoya bilir. Xəstələr inanaraq bu üsulu tətbiq etdikləri üçün çox zaman fayda görürlər. Əslində isə bu,doğru üsul deyil.

Bədənində ziyilləri olan insanlar mütləq şəkildə mütəxəssislərə müraciət etsələr, daha yaxşı olar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.