Maraqlı

Bayır geyimi və ayaqqabı ilə evdə gəzməyin sağlamlığa təhlükəsi

16 Fevral 2019 21:55
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika alimləri Mark Strand və Rayan Han "Yolun tozu və onun insan sağlamlığına təsiri" adlı araşdırması işıq üzü görüb.

Onların apardığı geniş miqyaslı araşdırmalar nəticəsində məlum olub ki, bayır geyimi ilə evdə gəzmək olmaz.

İş ondadır ki, yol tozunun kiçik bərk hissəciklərinin tərkibində sink, alüminium və digər metallar var.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu metallar nəfəs yollarında ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.

Əgər siz evdə bayır ayaqqabısı ilə gəzməyə alışmısınızsa, bundan yaxa qurtarmaq lazımdır. Əks halda, mərkəzi əsəb sistemi xəstəliyi olan listerioza tutulacaqsınız.

Krassovka və ayaqqabılarda toplanan bakteriyalar meningitin inkişafını sürətləndirir, həmçinin baş beyin və onurğa beyin qabığının xəstəliyinə səbəb olur.

Listerioz xəstəliyi zamanı isə hamiləliyin ilk 3 ayında düşüşlərin olması ehtimalı yüksəkdir.

Listerioz xəstəliyinin ilkin simptomları zəiflik, işıqdan qorxmaq, baş ağırları, boyunu düz saxlaya bilməməkdir.

Araşdırma nəticəsində məlum olub ki, listerioz ensefalit əlamətlərinin də yaranmasına gətirib çıxarır. Bunun da sayəsində tez-tez ürək bulanmalar, huş itirmə, yuxululuq və epileptik tutmalar meydana çıxır. Bundan başqa, xəsətəlik baş beyinin zədələnməsinə səbəb ola bilir.

Lakin o da ola bilər ki, heç bir xəstəliyə tutulmayasınız. Bununla belə, ev paltarı dəsti nəinki daha rahat, həm də daha təhlükəsizidir. Odur ki, risk etməyə dəyməz. Çöl paltarı çöldə, ev paltarı evdə...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.