Maraqlı

Lotereyada 3,8 milyon dollar udub

10 Fevral 2019 21:45
0 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada sakini "49-dan 6" milli lotereyasında 5 milyon Kanada dolları (3,8 milyon ABŞ dolları) udub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu lotereyanın təşkilatçısı olan OLG şirkətinin nümayəndəsi bildirib. "Düşən nömrələr 1, 24, 35, 41, 42 və 49, bonus rəqəmi -18", - deyə təşkilatçı dəqiqləşdirib. Udmuş bileti Britaniya Kolumbiyası əyalətinin sakini alıb.

Ölkə tarixində "49-dan 6" lotereyasında 64 milyon Kanada dolları məbləğində ən böyük cekpot 2015-ci ildə oynanılıb. 2015-2018-ci illərdə 60 milyon ABŞ dolları məbləğində daha bir neçə cekpot isə digər populyar Lotto Max lotereyasında qeydə alınıb. Bu uduşların məbləği orta hesabla 46 milyon ABŞ dolları təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.