Maraqlı

Alt paltarı sifariş etdi, əvəzində qızıl göndərildi

10 Fevral 2019 18:09
0 Şərh     Baxış: 2 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Vann şəhərində yaşayan 27 yaşlı Jülyen Kayno həyat yoldaşı üçün sifariş etdiyi alt paltarının əvəzində qızıl külçə alıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, sifarişi təslim aldıqdan sonra bağlamanı açan şəxs qızıl gördükdə təəccüblənib.

"İmzalayarkən paketə diqqət yetirmədim. Bağlama böyük deyildi, amma ağır idi. Bağlamadan alt paltarının çıxacağını gözləyirdim, amma tamamilə fərqli bir şeylə qarşılaşdım" - deyə Jülyen Kayno bildirib. Jülyen Kayno bağlamanın üzərindəki ünvanın ona aid olmadığını gördükdə öncə həmin ünvana, evdə heç kəs olmadığı üçün daha sonra isə polisə müraciət edib. Qızıl külçə polis tərəfindən ünvanına göndərilib.

Qeyd edək ki, bağlamada 20-50 qramlıq külçə qızıl olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.