Maraqlı

Böyük Səhrada naməlum sivilizasiyanın izləri aşkarlandı

10 Fevral 2019 16:36
0 Şərh     Baxış: 1 057

Arxeoloqlar Qərbi Saharada (Böyük Səhra) naməlum sivilizasiyanın izlərini aşkarlayıblar, Live Science yazır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Şərqi İngiltərə Universitetinin alimləri peykdən görüntülər və aerofotoşəkilləri nəzərdən keçiriblər. Qazıntılar nəticəsində kadrlarda qədim tikilinin qalıqları tapılıb.

Tədqiqatçılar qeyd edirlər ki, daşdan tikililərin müxtəlif ölçüləri və formaları var - dairədən və düzbucaqlıdan tutmuş ayparayadək. Onlardan bəziləri sahəsi 630 metrədək çatan böyük tikili formalaşdırır.

Tapıntıların dəqiq təyinatı və yaşı hələ məlum olmasa da, alimlər onların yaşının 1,5 min ildən çox olduğunu güman edirlər.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.