Maraqlı

Sosial şəbəkələrin ən böyük təhlükəsi nədir?

10 Fevral 2019 15:45
0 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniya Mediapsixologiya Tədqiqat Mərkəzinin direktoru, doktor Pamela Ratlecin sözlərinə görə, sosial şəbəkələrin ən böyük təhlükəsi onlardan asılılığın formalaşması deyil, istifadəçilərin tənqidi fikrinin getdikcə yoxa çıxması və onların yalan məlumatları həqiqət kimi qəbul etməsidir.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bu, şayiə və feyk xəbərləri yayanlara öz işlərini xeyli asan şəkildə yerinə yetirməyə imkan yaradır.

Ekspertin sözlərinə əsasən, sosial şəbəkələrdən asılı olduğu düşünülənlərin çoxu əslində asılı deyillər. Sadəcə olaraq, insanların əksəriyyəti şəxsi vaxtlarından düzgün istifadə etməyi öyrənməli, müasir texnologiyalardan məqsədlərinə çatmaq üçün yararlanmağa alışmalıdırlar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.