Maraqlı

Bir ovuc Kərbəla torpağı...

12 Fevral 2019 23:40
0 Şərh     Baxış: 2 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbərimiz (s) öz həyat yoldaşı Ummi-Sələməyə Hüseynin (ə) gələcəkdə şəhid olacağını söyləmiş və ona bir ovuc Kərbəla torpağı vermişdi. Həzrəti Peyğəmbər Ummi-Sələməyə buyurmuşdu ki, nə vaxt bu torpaqda qan damcıları görsə, Hüseynin (ə) şəhid edildiyini bilsin. Ummi-Sələmə həmin torpağı şüşə qabın içinə töküb, saxlayırmış...

Milli.Az islam.az-a istinadən bildirir ki, üstündən 50 il keçdi. İmam Hüseyn (ə) Kufə istiqamətində yola çıxandan sonra Ummi-Sələmə hər gün səhər və axşam qabı götürüb torpağı yoxlayırdı. Bir axşam torpaqda qan damcılarının sızdığını görür və İmam Hüseynin (ə) qətlə yetirildiyini başa düşür. Matəm saxlamağa başlayaraq yaxınlarına da bu müsibəti xəbər verir. Camaat onun verdiyi xəbərə inanmır. Yalnız bir neçə gündən sonra aşura faciəsinin əks-sədası Mədinəyə çatanda hesablayıb görürlər ki, torpaqda qan damcılarının görünməsi Məhərrəm ayının 10-a, aşura gününə təsadüf edibmiş.

Bu hadisənin təsviri aşağıdakı kitablarda və daha bir neçə mənbədə təsvir edilib:

Təbərani. Əl-Möcəm əl-Kəbir, 2-ci cild, səh. 114.

İbn Həcər Heysəmi. Əl-Səvaiq əl-mühriqə, XI bab, 30-cu hədis.

İbn Əsir. Əl-Kamil fi-l-tarix, 3-cü cild, səh. 443.

Heysəmi. Məcmə əl-zəvaid, 9-cu cild, səh. 189.

İbn Həcər. Təhzib əl-Təhzib, 2-ci cild, səh. 347.

Mühibbəddin Təbəri. Zəxair əl-üba, səh. 251.

İbn Həmzə. Əl-Saqib fi-l-mənaqib, hədis 272.

Şeyx Mufid. Əl-İrşad, 2-ci cild, VII bab, hədis 7.

Şeyx Səduq. Əmali, məclis 29, hədis 1 və 4.

Məlumat üçün bunu da bildiririk ki, bir neçə il bundan əvvəl vəfat etmiş görkəmli ruhani alim Seyyid Murtəza Muvəhhid Əbtəhi İsfahanidə mövcud olan əsl Kərbəla türbətinin də belə xüsusiyyəti var idi. Qum şəhərində nəşr olunan "Hövzə" jurnalına vaxtilə verdiyi müsahibədə alim qeyd edirdi ki, həmin türbəti kağıza büküb, xüsusi qabın (mücrünün) içində saxlayır. Hər ilin aşura günündə türbətin büküldüyü kağızın üzərində qan ləkələri görünür. Alimin vəsiyyətinə əsasən, vəfat etdikdən sonra həmin türbəti onun qəbrinin içinə qoymuşlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.