Maraqlı

Həzrət Zəhranın elmi məqamı

12 Fevral 2019 21:20
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əziz Peyğəmbərimizin (s) gözünün nuru olan qızı Həzrət Zəhra (s.ə) İslam dinində çox uca bir məqama malik olan banulardandır. Xanım Zəhra (s.ə) - məsumdur və 11 İmamın anasıdır. Quranın "Kövsər", "İnsan", "Təthir" kimi surələri o Həzrətin (s.ə) özünün, onun övladlarının və həyat yoldaşının şənində nazil olmuşdur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Zəhranın (s.ə) elmi fəzilətləri başqa Məsum İmamların (s.ə) fəzilətləri kimidir. Xanım (s.ə) elmi cəhətdən elə uca məqamda idi ki, əgər İmam Əli (ə) kimi həyat yoldaşı olmasaydı, ona bərabər həddə olan heç kəs tapılmazdı.

İmam Sadiq (ə) Xanım (s.ə) haqqında buyurur: "Əgər o böyük insan üçün Əli (ə) kimi həyat yoldaşı olmasaydı, Qiyamətə qədər heç kəs onunla eyni şəndə olmazdı".

Əhli-Beyt (ə) alimləri Həzrət Zəhra (s.ə) barəsində buyurur: "Allaha and olsun ki, Allah Təala o Həzrətə (s.ə) elmdə o qədər tutum vermişdi ki, bəşər elmindən ehtiyacsız olsun, heç bir zaman başqasından öyrənməyə ehtiyacı olmasın. Atası İslamın ilk müəllimi idi və sonuncu Peyğəmbərdir (s) ki, Allah onu kamil və səma kitabı ilə bəşəriyyətə tərəf göndərmişdir".

İmam Baqir (ə) buyurur: "Fatimə (s.ə) elminin çoxluğuna görə cəhalətdən uzaq idi. O qədər elmi var idi ki, cəhalət heç bir zaman ona yol tapmazdı. Yaradılışının ilk əvvəllindən rəbbani elmə malik idi".

Beləliklə deyə bilərik ki, Xanım Zəhra (s.ə) - Peyğəmbərimizin (s) qızı və 11 İmamın (ə) anası olmaqla yanaşı, özü İlahi elm mədəni olmuşdur. İmamlar (ə) onun İlahi təlim və tərbiyəsini görmüşdülər.

Xanım (s.ə) bütün mövzularda Məsum İmamlarla (ə) eyni şəndə idi. Onlar Fatimə (s.ə) elminin varisləridir ki, Fatimənin (s.ə) "Səyifə" kitabı onlara çatmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.