Maraqlı

Torpağın titrəməsi niyə baş verir?

12 Fevral 2019 22:45
0 Şərh     Baxış: 862

İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq.

"Ey Mufəzzəl! Allahın dörd cəvahir üçün xəlq etdiyi yatağa bax. Əgər Yer kürəsi belə geniş olmasaydı, necə insanların məskəninə, tarlalara, otlaqlara, meşə və ağaclara, saysız mədənlərə özündə yer verə bilərdi?

Baxmayaraq ki, bəziləri bu dərələri və çəmənlikləri səmərəsiz və faydasız hesab edir, halbuki, bu yerlər heyvanların otlağı və məskənləridir. Həmçinin bir yerdən başqasına köçmək istəyən zaman, insanlar üçün məskən olar. O qədər çəmənliklər olmuşdur ki, saraylara və behiştə çevrilmişdir. İnsanlar da orada sakin olmuşdular. Əgər yer üzü geniş olmasaydı, insanlar dar hasarda giriftar olardılar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Yer kürəsi o qədər aramdır ki, sanki heç hərəkət etmir və sakitdir. Əşyanın sabit qalması üçün münasibdir. İnsanlar onun üstündə ehtiyaclarını aradan qaldırmaq üçün səy edə bilərlər. Aram olarlar və rahat yatarlar.

Əgər torpaq titrəyən olsaydı, onlar bina tikməyə, dilgərlik və başqa peşələrlə məşğul olmağa qadir olmazdılar. Əgər torpaq ayaqlarının altında titrəsəydi, həyat onlar üçün şirin olmazdı. Əgər zəlzələ zamanı öz məskənlərini buraxıb qaçan insanlara baxsan, bu sözü daha yaxşı anlayarsan.

Əgər kimsə desə ki, niyə bu torpaqda titrəmə baş verdi? Gərək cavabında deyək ki, torpağın titrəməsi ona görədir ki, insanlar qafil olmasınlar. Huşa gəlsinlər və qorxsunlar. Günah və fəsaddan uzaq olsunlar. Cisim və mallarında yaranan bütün bəlalar onların faydası və məsləhəti üçündür. Səbəb olar ki, axirətdə elə mükafata çatsınlar ki, dünya nemətinin heç birinə bərabər ola bilməz.

Daş da bu cürdür. Torpağın bəzi hissələrində daşlar və quruluqlar olur. Əgər bütün yer üzü daş kimi sərt olsaydı, məgər torpaqda bir şey cücərərdi? Görmürsənmi ki, daşın və quru torpağın sərtliyi azaldılmışdır və yerin çox hissəsi yumşaqdır ki, üzərində iş görmək mümkün olsun?".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.