Maraqlı

Bu araşdırmaya Stenford Universiteti də qatıla bilər

12 Fevral 2019 08:31
0 Şərh     Baxış: 507

Stenford Universiteti çinli alim He Jiankui-nin qalmaqallı təcrübələrindən xəbərdar olmuş 3 alim üzrə istintaqa start verib. Qeyd etmək lazımdır ki, alim He Jiankui-nin təcrübələri nəticəsində dünyada ilk dəfə genləri redaktə edilmiş əkiz qız uşaqları dünyaya gəliblər. İstintaqı aparan şəxslərin əsas məqsədlərindən biri də nüfuzlu Stenford Universiteti üçün ola biləcək risklərin qiymətləndirilməsidir. Bu barədə Hightech.plus saytı xəbər verib. Keçən ilin noyabr ayında çinli alim He Jiankui-nin dünyada ilk dəfə genləri redaktə olunmuş uşaqların dünyaya gəlməsi xəbəri böyük səs-küy yaratmışdı.

Milli.Az technote.az-a istinadən bildirir ki, nəticədə alimin özü yoxa çıxdı, bu cür təcrübələrin Çində aparılması isə müəyyən müddətlik qadağan edildi. Lakin indi isə məlum olub ki, ola bilsin ki, He Jiankui-nin qeyri-etik təcrübələri heç də yeganə reaksiya deyil. Belə ki, Stenford Universitetində He Jiaunkui-nin bu təcrübələrindən xəbərdar olmuş, lakin səs çıxartmamış alimlərin olduğu ortaya çıxıb. Məlumata əsasən Stenford Universitetinin tərkibində xüsusi komanda yaradılıb və həmin komanda bu məsələ üzrə istintaqa start verib. Beləliklə hələki Stenford Universitetinin 3 əməkdaşının adı çəkilib: Tibbi etika məsələləri üzrə mütəxəssis William Hurlbut və genetika üzrə iki mütəxəssis Matthew Porteus və Stephen Quake.

Məlumata əsasən Stephen Quake hətta He Jiankui-nin 2011-ci ildə ABŞ-da fəaliyyəti zamanı çinli alimə konsultasiyalar da vermişdi. Stenford Universiteti istintaqın aparılmasını təsdiqləsə də öz əməkdaşlarının He Jiankui-nin təcrübələrindəki rollarını qeyd etmir. Bununla belə amerikalıların Çindəki qeyri-etik təcrübələrə təsirlərinin olub-olmamasını öyrənmək yeganə məqsəd olmayacaq. Məlumata əsasən hər ehtimalda sanksiyalar o qədər də sərt olmayacaqlar. Əslində isə nüfuzlu universitetin rəhbərliyi müəssisə üçün ola biləcək nüfuz risklərini ortaya çıxarmaq istəyir. He Jiankui ziddiyətli nüfuza sahib dünya ulduzuna çevrildi və onunla hər hansısa bir əlaqənin mövcud olma faktı universitetə sponsor maliyyələşdirilməsini azalda bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.