Maraqlı

Google yeni şifrləmə protokolu təqdim edib

12 Fevral 2019 07:01
0 Şərh     Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti ucuz smartfonlar üçün nəzərdə tutulan yeni "Adiantum" məlumat şifrləmə protokolunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin ideyası ondan ibarətdir ki, ucuz smartfonlar az məhsuldarlığa malik ucuz əməliyyat sistemlərinə əsaslanır və onlar üçün "AES" şifrləməsi çətinliklər yaradır.

Məlumata görə, "Adiantum" məhz belə smartfonlarda "AES" standartını əvəz edəcək. Bundan başqa, yeni protokol yüksək məhsuldarlıqlı prosessora malik olmayan digər istehlak qurğularında, məsələn, "ağıllı" saat, televizor və s. tətbiq oluna bilər.

Şirkət nümayəndələrinin sözlərinə görə, 4096 bayt ölçülü sektorlarda "Adiantum" protokolundan istifadə etməklə "Cortex-A7" prosessor nüvəsinin şifrləmə və deşifrləmədə məhsuldarlığı bir bayt üçün 10,6 dövrəyə çatır ki, bu da "AES-256-XTS" standartından istifadədə təxminən 5 dəfə sürətlidir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.