Maraqlı

Şahzadə Filip sürücülük vəsiqəsindən imtina edib

10 Fevral 2019 09:24
3 Şərh     Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu, 97 yaşlı şahzadə Filip sürücülük vəsiqəsindən imtina edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakinqam sarayından verilən məlumata görə, şahzadə könüllü şəkildə vəsiqədən imtina edib.

Qeyd edək ki, şahzadə Filip yanvar ayında avtomobil qəzasına düşüb və qəza zamanı xəsarət almayıb. Polis tərəfindən aparılan araşdırmalar zamanı şahzadənin təhlükəsizlik kəmərindən istifadə etmədiyi ortaya çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.