Maraqlı

Ən çox səfər edilən 10 ölkənin məşhur yerləri – SİYAHI

9 Fevral 2019 23:53
1 Şərh     Baxış: 942

MAPS.ME kartoqrafik xidməti dünyanın ən çox səfər edilən 10 ölkəsinin ən məşhur yerlərinin siyahısını tərtib edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, birinci yerdə Fransanın "Notr-Dam-de-Pari" camesi dayanır.

Bura il ərzində 87 milyon insan səfər edir.

İkinci yeri ildə 82 milyon turistin gəldiyi İspaniyanın "Sarqada Familiya" kilsəsi tutur.

İldə 77 milyon səyyah qəbul edən ABŞ və əfsanəvi hotelləri və kazinosu ilə məşhur olan Las-Veqas-Strip üçüncü pillədə dayanır.

2018-ci ildə 60 milyondan çox turist qəbul edən Çində yerləşən "Qapalı şəhər" adlanan ərazi siyahıda dördüncü yerdədir.

İlk beşliyi ildə 58 milyon turistin gəldiyi İtaliyanın paytaxtı Roma Panteonu qapayır.

İldə 39 milyon turisti qəbul edən Meksikanın Milli Antropologiya Muzeyi altıncı, 38 milyon turistə qucaq açan Böyük Britaniyanın London Qüllələri yeddinci, 37,6 milyon turistin gəldiyi Türkiyənin İstanbul şəhərindəki Böyük Bazar adlanan hissəsi isə bu siyahıda səkkizincidir.

Almaniyanın Köln kilsəsi doqquzuncu yerdə dayanır.

Sıralamada ilk onluğun sonuncusu Tailandın Zümrüd Budda Məbədi olub.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    maqa sarkazm · 10 Fevral 00:4150

    ereblerin ov ovlamaga quw quwlamaga en cox geldiyi yer ise Bakidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.