Maraqlı

Amerikada fələstin əsilli prezident - Cins şalvar və dəri pencəkli - FOTO

9 Fevral 2019 15:12
1 Şərh     Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Amerikada yerləşən Salvador dövlətində keçirilən prezident seçkilərində Fələstin əsilli Nayib Bukele 54 faiz səslə qalib gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla o, ölkənin ilk Fələstin mənşəli dövlət başçısı olub.

Buna qədər paytaxt San-Salvadorun bələdiyyə rəhbəri işləyən Bukelenin ailəsi 20-ci yüzilin əvvəllərində Fələstinin Qüds şəhərindən Osmanlı imperatorluğuna məxsus vəsiqə ilə Mərkəzi Amerikaya köç edib. Onun atası Armando Bukele tanınmış müsəlman iş adamıdır. 

Yeni prezident siyasətə 1999-cu ildə başlayıb.

38 yaşlı Bukelenin cins şalvar və dəri pencək kimi gündəlik geyimləriylə xalqın qarşısına çıxmağa üstünlük verməsi onu ölkənin digər prezidentlərindən fərqləndirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.