Maraqlı

Yaponiyanın ən məşhur yeməyi

9 Fevral 2019 22:05
6 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən iri göydələnlərin, ən müasir memarlıq abidələrinin məskəni sayılan Nyu-York həm də dadlı yemək mərkəzlərindən biridir. Dünyanın dörd bir yanında şöhrət tapan qeyri-adi restoranların mütləq bir Nyu-York fililalı da olur. Bu gün onlardan biri- Yaponiyanın məşhur İçiran restoranı haqda danışacayıq.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ən dadlı milli təamın təqdim olunduğu İçiran həm də Yaponiyanın fərqli yemək mədəniyyətini Nyu Yorkda sərgiləyən nadir restorandır. Restoranın bir maraqlı cəhəti də odur ki, menyuda sadəcə bir yemək var. "Forbes", "New York Times" kimi mənbələrin iddiasına görə, İçiran restoranında Yaponiyanın və dünyanın ən dadlı "rameni" satılır. Nədir bu "ramen"? Bizim dilimizlə desək, əriştə şorbası. Bu şorbanın hazırlanmasında Çin əriştəsindən, ət bulyonundan və soya sousundan istifadə olunur. Yaponlar bu yeməklə 19-cu əsrdə çinli immiqrantların Yaponiyaya köçü zamanı tanış olub. İllərlə "Ramen" bişirməkdə mütəxəssisləşən yaponlar bu yeməyi dünya bazarına da çıxarmağı bacarıb.

Ənənəvi yapon restoranlarında olduğu kimi, İçiranda da masalar tək adamlıqdır. Hətta siz ailənizlə, dostlarınızla yeməyə getsəniz belə, ayrı-ayrı masalarda oturacaqsınız. Bu masalar yemək masasından çox hər hansı bir bank və ya vağzaldakı kiçik pəncərəli məntəqələri xatırladır. Qarşı pəncərədən sizə yemək ötürülür və dərhal pəncərənin pərdəsi bağlanır. Beləliklə, bir qab xorəklə baş-başa qalırsınız. Salon elə qurulub ki, masalarda oturan insanlar yemək yeyərkən bir-birlərini görmürlər. Yəni hər kəs elə bir öz evindədir - özünü tam sərbəst və tam rahat hiss dir. Hər masanın önündə bir düymə var, siz o düyməyə basana qədər heç kim sizi narahat eləmir. Düyməyə basdıqdan sonra Yapon samanından hazırlanmış ənənəvi pərdə açılır və ofisiantla danışa bilirsiniz.

Bu qeyri-adi şam yeməyi Uzaq Şərqin ən qədim mədəniyyətlərindən biri olan Yaponinayın yemək mədəniyyəti barədə təsəvvür yaradır. Qısacası, bu restorana bir dəfə də olsa baş çəkmək gərəkdir. Həm dadlı yemək yeyəcəksiz, həm də qeyri-adi təəssürat qazanacaqsız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.