Maraqlı

NASA Aya və Marsa uzunmüddətli missiyalar göndərməyi planlaşdırır

10 Fevral 2019 08:17
0 Şərh     Baxış: 658

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) inzibatçısı Cim Bridenstine bildirib ki, agentlik Aya və Marsa uzunmüddətli missiyalar göndərməyi planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, NASA rəsmisi Aya yenidən pilotlu missiya göndərilməsi və astronavtların orada uzun müddət qalması üzrə hazırlıq işlərinin davam etdiyini deyib. Bridenstine özünün "Ozy" şəbəkəsindəki bloqunda yazıb: "NASA-da illərdən bəri işləyən bir əməkdaş kimi insanların tezliklə yenidən Ayın səthinə enməsini arzulayıram. Biz 50 il bundan əvvəl astronavtlarımızın Yerin süni peykinə uçmasını təkrarlamalıyıq. Lakin oraya tez qayıtmaq üçün yox, uzun müddət qalmaq şərti ilə uçacağıq".

NASA-nın inzibatçısı Amerika raket sənayesi rəhbərlərini Aya səyahət etmək üçün yeni texnologiyalar hazırlamağa, Prezident Donald Trampı və Konqresi isə bu missiyaya maliyyə vəsaiti ayırmağa çağırıb. "Biz Aya yeni innovativ texnologiyalarla gedəcəyik və onun səthində heç bir dövrdə olmayan miqyasda tədqiqatlar aparacağıq. Biz Aya gedəcəyik və orada qalacağıq", -deyə Bridenstine bəyan edib. O əlavə edib ki, gələn həftə NASA-da bu planların hazırlanmasına başlanılacaq və yeni Ay gəmisinin layihəsi özəl şirkətlərin iştirakı ilə agentliyin mənzil-qərargahında müzakirə olunacaq. Astronavtların göndərilməsi isə növbəti onillikdə nəzərdə tutulur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.