Maraqlı

"DDoS" hücumlarının sayı azalıb

10 Fevral 2019 04:30
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kasperski" 2018-ci ildə dünyada DDoS hücumlarının (Denail of service attacks - DoS, Distributed Denial of service - DDoS) sayının 13 faiz azaldığı barədə məlumat yayıb. Bu halda belə kiberhücumlar daha mürəkkəb hal alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ekspertlərə görə, qarışıq hücum və HTTP fludun (hücum edən bot qurbanın serverinə çoxlu sayda HTTP sorğu yaradır) müddəti artmaqdadır. Bu o deməkdir ki, hakerlər daha mürəkkəb metodlardan istifadə edirlər. "DDoS" hücumların ucuz qiymətə başa gəlməsi onu ən əlçatan kiberhücum növlərindən biri edir.

"Kasperski"nin ekspertləri qeyd edir ki, daha çox şirkət "DDoS" hücumların sadə növlərindən qorunmaq üçün həllər tətbiq edir və 2019-cu ildə hakerlər "DDoS"a qarşı standart müdafiə tədbirlərini dəf etmək üçün öz biliklərini daha da təkmilləşdirəcək.

2018-ci ilin əvvəli ilə müqayisədə hücumların orta müddəti 2 dəfədən çox artaraq 218 dəqiqəyə yaxınlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.