Maraqlı

Edinburq Britaniya şəhərləri arasında ilk dəfə turist vergisi tətbiq edəcək

10 Fevral 2019 07:55
1 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın paytaxtı Edinburq Böyük Britaniya şəhərləri arasında ilk dəfə 2 funt-sterlinq məbləğində turist vergisi tətbiq edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq qərar bu yolla hər il xəzinəni 14,6 milyon funt sterlinqlik əlavə gəlirlə doldurmağa ümid edən şəhər şurası tərəfindən qəbul olunub. Vergi qonaqların gecələdiyi otel nömrələrindən ilk yeddi gün ərzində gündəlik tutulacaq. Kempinqlər - avtoturistlər üçün nəzərdə tutulan düşərgələr istisna təşkil edəcək.

Ümumşəhər məsləhətləşmələrində iştirak edən Edinburq əhalisinin 91 faizi turizm vergisinin tətbiqini dəstəkləsə də, Böyük Britaniyanın şimal regionunda bu sahə ilə məşğul olan təşkilatlar və otel sahiblərinin yarıdan çoxu verginin əleyhinə çıxıb.

Turizmin müxtəlif sahələrinin maraqlarından çıxış edən "UK Hospitality" təşkilatının fikrincə, yenilik turizm sektoruna mənfi təsir göstərəcək və rəqabət baxımından Şotlandiyanın qlobal reputasiyasına zərər vuracaq.

Xatırladaq ki, turist vergisi hazırda Paris və Barselona şəhərlərində tətbiq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.