Maraqlı

Pensiyaçılar üçün on ən yaxşı ölkədən biri

10 Fevral 2019 02:30
6 Şərh     Baxış: 2 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"International Living" jurnalı pensiyaçıların yaxşı yaşadığı ölkələrin ənənəvi reytinqini təqdim edib. İspaniya ilk onluqda yer alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, reytinqin tərtibində iqlim, dolanışıq xərcləri, tibbi xidmət səviyyəsi və bürokratiya kimi amillər nəzərə alınıb.

Pensiya ilə dolanmaq üçün ən yaxşı yer Panama sayılıb. Kosta-Rika, Meksika, Ekvador, Kolumbiya, Peru, Malayziya, Portuqaliya və Tailand kimi ölkələrdən geri qalan İspaniya ilk onluğu tamamlayıb.

Mükəmməl çimərlikləri və Qərbi Avropaya xas həyat keyfiyyəti İspaniyanın üstünlükləri sırasındadır. Nəşr, həmçinin meşələrinə, dağlarına, gülərüz insanlarına və qastronomiyasına görə ölkənin şimal hissəsini - Navarra, Kantabriya, Asturiya, Qalisiya və Basklar Ölkəsini ayırıb.

Nəşrin hesablamalarına görə, İspaniya regionlarının çoxunda pensiyada olan ər-arvadın komfortlu yaşaması üçün onlara ayda 2,5 min dollar kifayətdir.

Ucuz və keyfiyyətli məhsullar, əcnəbilərə mehriban münasibət və təhlükəsizlik də İspaniyanın üstünlükləri sırasındadır. Nəşr İspaniya səhiyyəsini dünyanın ən keyfiyyətli səhiyyə sistemlərindən biri adlandırıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.