Maraqlı

İŞİD-də "çevriliş" alınmadı - FOTO

9 Fevral 2019 11:18
0 Şərh     Baxış: 1 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatında "çevriliş" cəhdi olub. Terrorçular təşkilatın rəhbəri Əbubəkr əl Bağdadini devirməyə çalışıblar.

Milli.Az The Guardian-a istinadən bildirir ki, hadisə yanvarın 10-da, Suriyada Əfrat çayı vadisindəki Hacin şəhərinin yaxınlığındakı kənddə baş verib.

İŞİD-dəki əcnəbi terrorçularla Bağdadinin cangüdənləri arasında atışma olub. İŞİD liderinə sui-qəsd etməyə çalışan terrorçulardan iki nəfər güllələnib. Qəsdin təşkilatçısı Əbu Muat əl Cəzayri isə qaçaraq aradan çıxıblar.

Olayda Əbubəkir əl Bağdadi xəsarət almayıb. O, "çevriliş" və sui-qəsd təşkilatçısı, Əlcəzair vətəndaşı olan əl Cəzayrinin başına pul qoyub.

Bir zamanlar sıralarında 70 minə yaxın terrorçunu birləşdirən İŞİD-də indi təqribən 500 nəfər qalıb. Suriyada hər tərəfdən mühasirəyə alınmış terrorçular təslim olmur, son döyüşə hazırlaşırlar.

Yüksək qan təzyiqi və şəkərli diabet xəstəsi olan Əbubəkr əl Bağdadi dörd il əvvəl aviazərbə nəticəsində ağır yaralanmışdı.

O, 2014-cü ildə İraqın Mosul şəhərindəki Əl Nuri məscidində "xəlifə" elan olunmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.