Maraqlı

Allahın mərhəməti

17 Fevral 2019 23:20
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbər demişdir: "Allah mərhəməti yüz hissədən ibarət etdi. Doxsan doqqu­zunu Özündə sax­layıb təkcə bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta, at öz balasını tapdala­masın deyə ayaqlarını yuxarı qaldırır." (əl-Buxari, 6000).

Milli.Az zikr.az-a istinadən bildirir ki, həmçinin, Peyğəmbər demişdir: "Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin!"
      Ömər ibn Xəttab rəvayət edir ki, (bir dəfə döyüşdə götürülmüş) əsirləri Peyğəmbərin yanına gətirdilər. Əsirlər arasında olan bir qadın döşündən süd sağıb körpələrə içirdirdi. Əsirlər arasında körpə uşaq tapan kimi onu qu­ca­ğı­na alıb əmiz­dirirdi." Onda Peyğəmbər bizdən soruşdu: "Sizcə bu qa­dın körpəsini oda atarmı?" Biz dedik: "Əgər bu ixtiyar onun əlində olsa, xeyr, atmaz." Peyğəmbər dedi: "Allahın Öz qullarına olan mərhəməti bu qa­dının körpəsinə olan mərhəmətindən qat-qat üstündür." (əl-Buxari, 5999).
      Əbu Hureyra deyir ki, bir kişi qucağındakı körpə uşaqla Peyğəm­bə­rin salləllahu aleyhi və səlləm yanına gəldi. O, körpəni bərk-bərk qucaqla­mışdı. Peyğəmbər dedi: "Ona rəhm edirsən?" Kişi: "Bəli"- deyə cavab verdi. Allah Elçisi dedi: "Sənin ona rəhm etdiyindən daha çox Allah ona rəhm edir. O, mərhəmətlilərin ən mərhəmətlisidir".
      Aişə demişdir: "Bir dəfə bir bədəvi Peyğəmbərin yanına gəlib dedi: "Siz uşaqlarınızı öpürsünüz?! Amma biz onları öp­mü­rük." Peyğəm­bər dedi: "Əgər Allah sənin qəlbindən mərhəmət hissini gö­tür­­müşsə, ona mən nə edə bilərəm?" (əl-Buxari, 5998).
      Əbu Hureyra rəvayət edir ki, Pey­ğəmbə­r demişdir: "Bir dəfə bir adam yolla gedərkən bərk susadı və bir quyuya enib su içdi. Sonra quyudan ba­yı­ra çıxdıqda bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə: "Mən susadığım kimi, bu it də susamışdır"- dedi və quyuya enib ayaqqabı­sını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub qu­yu­dan çıxdı və itə su verdi. Allah da ona bunun əvəzini verdi və onu ba­ğış­ladı." Əshabələr dedilər: "Ey Allahın elçisi, məgər heyvanlara (et­di­yi­miz yaxşılıq­lara) görə də bizə savab yazılır?" O buyurdu: "Hər bir canlıya (gös­tərdiyin qayğıya) görə savab vardır." (əl-Buxari, 2363)
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.