Maraqlı

İnsani cəhənnəmlik edən nədir?...

17 Fevral 2019 23:15
1 Şərh     Baxış: 1 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam dinində yoxsullara qayğı və yardım məsələsinə böyük əhəmiyyət verilir və bunun müqabilində cəmiyyətin yoxsul təbəqəsinə etinasız yanaşan və yardım əlini uzatmayanlar qiyamət gününün əzabı ilə qorxudulurlar. Əlbəttə, aydın məsələdir ki, məhz xalis niyyətl birgə olan və ilahi rəngə boyanan yardıma savab verilir. Lakin biz burada bu haqda yox, "yoxsulları unudan və onlara qayğı göstərməyən"lərin axirətdəki vəziyyəti ilə bağlı söz açmaq istəyirik.

Qurani-Kərimin "Muddəssir" surəsinin 42-47-ci ayələrində cəhənnəm əhlinin cəhənnəmə düşməsinin dörd səbəbindən söz açılır və buyurulur:

مَا سَلَكَكُمْ فِي سَقَرَ. قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ. وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ. وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ. وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ. حَتَّى أَتَانَا الْيَقِينُ

"Sizi "səqərə" (cəhənnəmə) salan nədir?" Onlar deyərlər: "Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik. Batilə dalanlarla birlikdə biz də dalardıq. Cəza (qiyamət) gününü təkzib edərdik. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)."

Bəli, yoxsulları unudan və onlara təam verməyənlər axirətdə cəhənnəm əzabına düçar olacaqlar.

Milli.Az maide.az-a istinadən bildirir ki, Qarun həzrət Musanın (ə) qövmündən idi və sərvət sahibi olmasına baxmayaraq, yoxsullara əsla yardım etmirdi. Bir gün qövmü ona dedi:

...لَا تَفْرَحْ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْفَرِحِينَ. وَ ابْتَغِ فِيمَا ءَاتَئكَ اللَّهُ الدَّارَ الاَخِرَةَ وَ لَا تَنسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَ أَحْسِن كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَ لَا تَبْغِ الْفَسَادَ فىِ الْأَرْضِ إِنَّ اللَّهَ لَا يحُبُّ الْمُفْسِدِينَ

"(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz! Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!" ("Qəsəs" surəsi, ayə 76-77.)

Amma Qarun dikbaşlıq edərək, qövmünün nəsihətlərini qulaqardına vurdu və nəhayət, yer onu bütün var-dövləti ilə birlikdə özünə çəkdi. Axirət aləmində də, həmişəlik əzab içində olacağı bəllidir.

Rəvayətlərdə də uyğun məsələyə xüsusi yer ayrılmışdır. İmam Sadiq (ə) yoxsullara yardım etməyən imkanlılar haqda belə buyurur:

مَلعونٌ مَلعونٌ مَن وَهَبَ اللَّهُ لَهُ مَالًا فَلمْ يَتَصَدَّقْ مِنهُ بِشَى‏ءٍ

"Məllundur, məlundur o kəs ki, Allah ona mal-dövlət bağışlayıb, amma o, ondan bir şey sədəqə vermir." ("Vəsailuş-şiə", 16-cı cild, səh.280, 41-ci bölüm, hədis 21555; "Biharul-ənvar", 93-cü cild, səh.133, 14-cü bölüm, hədis 67.)

Peyğəmbəri-Əkrəm (s) buyurur:

أرضُ القِيامَةِ نارٌ مَا خَلَا ظِلَّ المُؤمِنِ: فَإنَّ صَدَقَتَهُ تُظِلُّهُ

"Möminin kölgəsindən başqa, qiyamətin yeri (torpağı) oddan ibarətdir. Həqiqətən, möminin sədəqəsi onun üzərinə kölgə salacaqdır." ("Kafi", 4-cü cild, səh.3 "Sədəqənin fəziləti" bölümü, hədis 6; "Səvabul-əmal", səh.140; "Biharul-ənvar", 7-ci cild, səh.291, 15-ci bölüm.)

Şübhəsiz ki, hamı ölümü dadacaq və qiyamət günü hesab-kitab üçün Allahın hüzurunda dayanacaq. O gün ki, insan öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından belə qaçacaq, hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaq. Belə bir gündə insanın dərdinə dəyəcək əməl xeyirxah işlər, məxsusən, yoxsullara xalisanə yardımlardır. Elə buna görə də, "Bəqərə" surəsinin 254-cü ayəsində möminlərə xitabən belə buyurulur:

يا أَيُّهَا الَّذينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْناكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لا بَيْعٌ فيهِ وَ لا خُلَّةٌ

"Ey iman gətirənlər! Alış-verişin və dostluğun mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.