Maraqlı

Fatma yenə xəstəxanaya yerləşdirildi

8 Fevral 2019 19:34
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün səhhəti pisləşən aktrisa Fatma Girik yenə xəstəxanaya yerləşdirilib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Bodrumda yaşayan aktrisanı təcili yardım avtomobili ilə xəstəxanaya gətiriblər. Jurnalistləri qarşısında görən Fatma "Gözəl görünürəm? Mənə aşiq oldunuz" deyərək, onlarla zarafatlaşıb. 

Aktrisa ağrıları üçün yoxlanmağa gəldiyini bildirib. Həkim nəzarətində saxlanılangirik evə buraxılmayıb. 

Qeyd edək ki, Fatma ötən gün də xəstəxanaya aparılıb, müayinə edildikdən sonra təcili yardım maşını ilə evinə qaytarılıb. 

Aktrisa bud nahiyəsində yaranan problemlərə görə ötən il yerimə çətinliyi çəkdiyi üçün əməliyyat olunub, bud hissəsinə protez taxılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.