Maraqlı

"Yataq otağından xeyli vazelin və alt paltarları tapmışdım, onlar çılpaq idi" - FOTO

8 Fevral 2019 11:33
9 Şərh     Baxış: 20 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur pop musiqiçisi Maykl Ceksona aid Neverlandda qulluqçu işləyən qadın onunla bağlı sensasiyalı açıqlamalar verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Adrian McManus adlı qadın iddia edir ki, müğənninin vanna otağından uşaq alt paltarları tapıb.

56 yaşlı qulluqçu Mail Online-a açıqlamasında Ceksonun evində gizlədilmiş seks kasetlərini tapdığını da söyləyib.

Onun dediyinə görə, müğənninin evinə gələn uşaqlar yarıçılpaq halda onun ətrafında dolaşıblar.

Qadın iddia edir ki, evdən çoxlu vazelin və yarıçılpaq uşaq şəkilləri də tapıb.

"Neverlanddakı malikanədən xeyli vazelin tapmışdım. Onların çoxu Mayklın yataq otağında idi. Mən bu barədə ondan nəsə soruşmamışdım, amma, hər zaman mənə maraqlı olub. Müğənniyə baş çəkməyə gedəndə görürdüm ki, o, yanına gələn azyaşlılarla birlikdə duş qəbul edir. Həm müğənni, həm də uşaqlar vannada çılpaq olurdu".

1980-cı illərdə Mayklın evində işləyən qulluqçu isə Mayklın qeyri-etik hərəkəti ilə üzləşmədiyini söyləyib.

Qeyd edək ki, 2009-cu ildə vəfat etmiş amerikalı Maykl Ceksonla bağlı sənədli filmin adı "Neverlendi tərk edərkən"dir (Leaving Neverland). Rejissoru Den Rid olan 4 saatlıq sənədli film HBO və Channel 4 telekanallarında nümayiş olunacaq. Filmin "baş qəhrəman"ı, rəqqas Ueyd Robsonun dediyinə görə, Maykl Cekson tam 7 il ona təcavüz edib.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.