Maraqlı

IKEA kirayə mebel verəcək

9 Fevral 2019 22:50
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IKEA yeni biznes modelini test edir.

Bu barədə "Financial Times" nəşri yazıb. Şirkət bu ilin fevral ayından etibarən mebellərin kirayə verilməsi üzrə pilot layihəni test edir.

"Əgər kirayəni vaxtı başa çatırsa, siz onu geri qaytara və bir başqasını götürə bilərsiniz", - deyə Inter IKEA-ın icraçı direktoru Turbern Lef deyib. "Test ofis mebelləri üzərindən ediləcək, buna səbəb isə bir çox şirkətlərə lizinq yolu ilə alışlardansa bunun daha səmərəli olmasıdır", - deyə nəşr yazıb. Bundan başqa, abunə üzrə mətbəx qarnituru da əlçatan olacaq.

Milli.Az facemark.az-a istinadən bildirir ki, pilot layihənin reallaşacağı ölkə öncə İsveçrədir.

Qeyd edək ki, bu layihə IKEA-nın yeni biznes strategiyasının bir hissəsidir. Birinci addım kimi şirkət şəhər ətrafına yaxın yerlərdə mağazalarını açmışdı. Rusiyada belə bir mağaza Moskva dairəvi avtomobil yolunun yaxınlığında bu ilin yayında açıqlacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.