Maraqlı

NVIDIA səhmləri $3,3 milyard mənfəətlə satıldı

9 Fevral 2019 21:50
0 Şərh     Baxış: 364

Yaponiyanın SoftBank Group-na məxsus olan Vision Fund, ABŞ-ın qrafik həlləri istehsalçısı Nvidia şirkətinin 4.9% -ni satıb.

Vision Fund, 2017-ci ilin may ayında Nvidia-ya sərmayə qoyacağını elan etmişdir. Bloomberg mənbələri, fondun səhmləri 4,9% -ni 4 milyard dollara satın aldığını qeyd etmişdir. Lakin, SoftBank-ın rəhbəri olan Masayoshi Son, şirkətin xüsusi dəyərində ticarət strategiyasından istifadə etdiyini söyləyib. Bu strategiya, səhmlərin kəskin düşdüyü bir halda zərərləri ödəmək imkanını yaradacaq.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, nəticədə, Vision Fund, hər bit səhmi 218 dollara satıb. Xatırladaq ki, bir səhmin orta qiyməti 105 dollar olmuşdur. Nvidia-ya qoyulan investisiyalardan SoftBank gəlirləri 3,3 milyard dollar təşkil edib.

Son aylarda Nvidia səhmləri düşür. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə şirkət qiymətli kağızların dəyərinin yarısını itirmişdir. 2019-cu il 5 fevral tarixində  keçirilmiş hərracların yekununda bir səhmin qiyməti 149,95 dollar təşkil etmişdir.

Yanvar ayının sonunda Nvidia, kompüter istehsalçılarının qrafik prosessorlarına zəif tələbat və məlumat mərkəzləri üçün nəzərdə tutulmuş həllərin satışının zəif olmasına istinad edərək, öz rüblük gəlir proqnozlarını aşağı salmışdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.