Maraqlı

Rusiyada Qələbə gününün şərəfinə telekanal yaradılır

9 Fevral 2019 20:50
0 Şərh     Baxış: 545

Böyük Vətən Müharibəsinin il dönümünə aid olan yeni telekanal - Pobeda-Qələbə, 2019-cu ilin yazında, müharibənin ildönümü öncəsi açılacaq.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Birinci Kanalının mətbuat xidmətindən bildiriblər.

Birinci kanalın ümumdünya şəbəkəsi kanalın əcnəbi ölkələrdə beynəlxalq versiyasının yayımlanmasına məsuldur.

"Ölkədə televiziya qismində yeni KİV-in yaradılması haqqında qeydiyyat şəhadətnaməsi 2018-ci ilin dekabrın 24-də Roskomnadzor tərəfindən verilib", - deyə kanalın yaydığı press-relizdə qeyd olunub.

"Pobeda" adlı telekanal kabel şəbəkəsi və sputnik operatorları ilə Rusiya Federasiyasının bütün ərazisində əlçatan olacaq. Kanalda Böyük Vətən Müharibəsini əks etdirən filmlərin nümayişi baş tutacaq.

Xüsusilə efirdə Ali Baş qərargahında baş verən sənədli filmlər və real hadisələr və müharibənin şahidlərinin sözləri əsasında sənədli xronika yayımlanacaq. "Yenidən açılan kadrlar, araşdırmalar, xatirələr TV-yə baxan insanlarda Böyük Vətən Müharibəsi haqqında mənzərənin yaranmasına kömək olacaq", - deyə Birinci Kanaldan deyiblər. Bundan başqa, "Bessmertniy polk"da iştirak edən insanların ailələrinin tarixi efirdə yayımlanacaq.

Birinci kanalın ümumdünya şəbəkəsinin baş direktoru Aleksey Efimov yeni yaradılacaq telekanal haqqında deyib ki, Rusiyalı auditoriyasının müharibə illərində baş verənlər haqqında öyrənmək istədikləri böyük tələb var. Müharibə haqqında kirayə filmlərinə tələb və federal kanallarda mövcud mövzu üzərində olan proqramların reytinqi Rusiyalılar bunu tələb edir deməyə əsas verir. Buna görə də biz yeni layihəmizin uğuruna güvənirik. Ümid edirik ki, layihəmiz yaşlı nəsli kimi gənclərin də marağına səbəb olacaq", - deyə baş direkor sözlərinə əlavə edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.