Maraqlı

Rusiyalılar onlayn təhsilə nə qədər pul xərcləyib?

9 Fevral 2019 23:40
0 Şərh     Baxış: 351

Rusiya sakinləri 2018-ci ildə veb təhsilə 1,3 milyard rubl xərcləyib.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu barədə "Kommersant" onlayn kassa istehsalçısı ATOL-un hesabatına istinadən yazıb. Rusiyalılar biznes, proqram təminatı, maliyyə, pedaqogikanın öyrənilməsinə üstünlük veriblər.

İxtisasın artırılması üçün nəzərdə tutulan kurslar satışların lideri (ümumi dövriyyənn 78%-i) olub. Onlar ən çox biznes dərsləri (38%) və proqramaşdırma təlimləri (14%) alıblar. Nəticəni, maliyyə sektoru (4%), tibb (3,8%) və xarici dillərin öyrənilməsi (1,9%) kursları izləyib. Ən az tələb edilən kurslar isə marketinq, pedaqogika və veb-dizayn kursları olub.

"Marketinq kurslarına tələbin az olması, proqramlaşdırma təlimi ilə müqayisədə qiymətlərin baha, müvafiq olaraq 32,7 min rubl və 9,9 min rubl olmasıdır. Amma bununla belə ikinci daha yüksək maaşlı işdə çalışmağa icazə verir", - deyə ATOL-un rəhbəri Aleksey Makarov nəticələri qiymətləndirən zaman deyib.

Tədqiqatın nəticəsinə görə, şəxsi bacarıqların artırılması üçün nəzərdə tutulan onlayn-kurs seqmenti 2017-ci ildə 19%-dən 2018-ci ildə 27%-ə qədər yüksəlib. İstifadəçilər ötən il (6%) rəsm kurslarına gediblər və 4% rusiyalı isə byuti-vebnarlara baxıb. Tədqiqat zamanı ekspertlər Rusiyanın internet mağazasına qoşulan 13 mindən çox kassa məlumatlarını öyrənib və ötən il 427 min qəbzi təhlil ediblər. Bu isə Rusiyanın e-kommersiya bazarının 70%-ni təşkil edir.

"2018-ci ildə Rusiyanın onlayn bazarında peşə təhsilinin ümumi həcmi 18 milyard dolları ötüb", - deyə bu barədə "Kommersant" nəşrinə infoline-analtik Mixayıl Burmistrov deyib. O, həmçinin vurğulayıb ki, sosial platformalar üzərindən həyata keçirilən həvəskar onlayn-marketinq kursları da ən yüksək artım göstərib.

Qeyd etmək yerinə düşər ki, beynəlxalq informasiya agentliyi "East-West Digital News"un məlumatına görə, dünya təhsil bazarının həcmi 4,5-5 trilyon dollardır və yaxın gələcəkdə bu rəqəm 6-7 trilyon dolları ötə bilər. Bu halda ümumi təhsildə onlayn seqmentin payı cəmi 3% (165 milyard dollar) təşkil edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.