Maraqlı

Qırx qarğanın yanlışlığı

9 Fevral 2019 20:40
0 Şərh     Baxış: 946

Meşədəki qarğalardan birinin balası olmuşdu. Anası hər gün yuvadan uçur və ona yemək gətirərdi. Bir gün balasına deyir: "Balacan! Məbada yuvadan çıxasan və uçmaq istəyəsən. Hələ çox kiçiksən. Bu işi görmə".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, anası yenə də həmişəki kimi yuvadan uçur və yemək dalınca gedir. Cücə qarğa düşünür ki, o, artıq böyüyübdür və uçmağa gücü çatacaqdır. Ona görə də yuvanın ağzına gəlir və qanadlarını açır. Ancaq çox kiçik olduğu üçün üzü üstə yerə düşür.

Bu zaman həmin cücənin yanından bir qarğa keçirdi və balanı yerdə görüb, o biri qarğalardan yardım istəmək üçün getdi. Beləliklə on qarğaya qədər xəbər çatdı ki, qarğa balası yerə düşübdür və dimdiyini sındırıbdır.

Bu xəbər yayılır və qırxıncı qarğaya xəbər çatan zaman artıq bu halda olur: "Qarğa balası yuvadan düşüb, dimdiyini sındırıb və ölübdür".

Ona görə də bu qırx qarğa toplaşıb həmin qarğaya başsağlığı vermək üçün gedirlər. Görürlər ki, qarğa balası sağdır və dimdiyini də sındırmamışdır. Anası artıq onu yuvaya gətirib yedizdirir.

O gündən sonra qarğalar özlərinə söz verirlər ki, görmədikləri şeyə inanmasınlar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.