Maraqlı

Bəyənilən və bəyənilməyən həya

9 Fevral 2019 21:10
0 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

(Ayətullah Müctəba Tehraninin əxlaq dərslərindən)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu gün cəmiyyətimizin qarşılaşdığı ən mühüm çətinliklərdən biri də insanlar arasıda həyanın aradan getməsidir.

Əxlaq alimləri həyanı iki yerə bölürlər: bəyənilən həya və bəyənilməyən həya.

Bəyənilən həya - o həyadır bizə insanlıq adını verir və heyvanlardan fərqləndirir. Çünki heyvanların həyası olmaz. Bu İlahi nemət ancaq insana məxsusdur.

O kəslərin ki, həyası olar, əllərini çirkin işlərə bulaşdırmazlar. Yəni, bu sifət insana qəbahətli işlər görməyə mane olar.

Məzəmmət olunan həya isə hədislərimizin buyurduğuna görə, müxtəlif cür olur. Belə ki, bəzi insanlar başqaları qarşısında hətta üzlərini əlləri ilə də örtərlər. Bu xəcalət nə üçündür? Əgər xəcalət çəkmək istəyirsənsə, get Allahdan xəcalət çək, insanlardan deyil. Hər şeyin həddi vardır və həya mövzusunda da o cürdür. Əgər həddini aşarsa, bu həyanı dinimiz məzəmmət edər və bəyənməz.

Məzəmmət olunan həyanın bir neçə növü ilə tanış olaq:

1. Sual verməkdən xəcalət çəkmək. Belə insan deyər ki, mən müəllimə və ya alimə sual verməyə xəcalət çəkirəm. Halbuki, Məsumlarımız (ə) buyurur ki, sual verin ki, elm əldə edəsiniz və yəqinə çatasınız.

2. "Bilmirəm" deməkdən xəcalət çəkmək. Bəziləri bir şeyi bilməyən zaman "bilmirəm" sözünü deməkdən xəcalət çəkərlər. Bilmədiyin şeyə görə niyə xəcalət çəkirsən? Bilmirsənsə, de ki, bilmirəm.

3. Haqq sözü deməkdən xəcalət çəkmək. Haqqı bildiyi halda, onu deməkdən xəcalət çəkər. Bu həya - xüsusilə zəlillərin həyasıdır. Beləliklə deyə bilərik ki, həya - insanı başqa məxluqlardan uca edən ən fəzilətli sifətlərdən biridir. Ancaq onun da iki növü vardır ki, dinimiz ancaq bəyənilən həyanı tövsiyə edir. Bəyənilməyən həyadan isə çəkinməyi tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.