Maraqlı

Hər gün yatmadan əvvəl bir qaşıq bal yeyəndə

9 Fevral 2019 22:45
2 Şərh     Baxış: 3 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlərin super qida dediyi bal, yalnız soyuqdəyməyə qarşı yaxşı təsir etmir. Faydası saymaqla bitmir.

Yaxşı yuxu

Milli.Az deyerler.org-a istinadən bildirir ki, balda olan triptofan adlı maddə bədəninizi rahatlaşdırır və yatma saatı gəldi xəbərdarlığı verir. Bədənimizin ehtiyac duyduğu, ancaq özü çıxara bilmədiyi bu amin turşusunu, bal kimi qidalardan almaq lazımdır. Bundan əlavə, yuxu əsnasında beynin ehtiyac duyduğu qlikogen ehtiva edən bal, kəsilməz bir yuxu təmin edir.

Qan təzyiqini salır

Yüksək qan təzyiqinin ürək xəstəliklərinin əmələ gəlməsində olduqca təsirli olduğunu bilirik. Buna görə də qan təzyiqimizi müəyyən bir aralıqda tutmağa çalışmalıyıq. Gecə yatmadan əvvəl yeyilən bir qaşıq bal, qan təzyiqinin düşməsinə kömək edir.

Triqliserid miqdarını azaldır

Triqliseridlər, qanda olan yağ növlərindən biridir. Triqliseridlər səviyyəsi yüksəldiyində ürək xəstəlikləri və diabet müşahidə olunur. Bal isə bu Triqliseridləri çevirərək qanınızı lazımsız yağdan təmizləyən maddələr halına gətirir.

İmmuniteti gücləndirir

Bal, antioksidantlar və antibakterial maddələr baxımından zəngin bir maddədir. Beləcə immuniteti gücləndirir, bakteriya, göbələk ya da virus kimi xəstəlik qaynaqlarına qarşı immun sistemini gücləndirir.

Öskürəyi kəsir

Bal, iltihabın təbii düşmənidir. Bir qaşıq balı ilıq su ilə qarışdıraraq içdikdə, boğazınızdakı iltihab azalır.

Qocalığı gecikdirir

Yaşlanmanı dayandırmanın təbii yolu antioksidantlardan keçir. Bal da təbii bir antioksidant qaynağı olaraq önə çıxır. Yatmadan əvvəl yeyiləcək bir qaşıq bal, yaşlanmanın təsirlərini gecikdirmədə köməkçi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.