Maraqlı

Böyük oğul vəfat etmiş atasının qəza namazlarını qılmayıbsa...

9 Fevral 2019 22:15
1 Şərh     Baxış: 1 028

Bir şəxs dünyasını dəyişərkən, öhdəsində qəza namazları qalıb. Böyük oğlu onun qəza namazlarını qılmayıbsa, bu vəzifə nəvəyə keçirmi?

Əvvəla qeyd edək ki, böyük oğulun dünyasını dəyişmiş atasının qəza namazlarını qılması hökmü yalnız şiə məzhəbindədir, əhli-sünnədə belə bir göstəriş yoxdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, şiə məzhəbinə görə, ata sağlığında vacib namazları qılmayıb, vacib orucları tutmayıbsa, bunların qəzasını yerinə yetirmək böyük oğulun öhdəsinə düşür. Böyük oğul ya özü atasının qəza ibadətlərini icra etməli, ya da muzdla bunu başqasına həvalə etməlidir. Amma böyük oğul hər hansı səbəb üzündən bunu etməsə, heç kəsin öhdəsində vəzifə qalmaz. Böyük oğuldan başqa heç kim (kiçik oğul, qız, nəvə və b.) ölünün qəza namazlarını qılmağa borclu deyil. Amma bunu mərhum şəxsə ehsan olaraq istənilən şəxs edə bilər. Həmçinin, nəvə də, vəzifəsi olmadığına baxmayaraq, öz istəyi ilə babasının qəza namazlarını qılıb, qəza oruclarını tuta bilər

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mehdiyev Vuqar · 10 Fevral 14:0800

    Absurt

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.